Depressiyanın ağızdakı mikroblarla əlaqəsi ortaya çıxarıldı – ŞOK ARAŞDIRMA

media-hightechnic-468x90

ABŞ-də aparılan yeni araşdırmaya görə, depressiya ağız boşluğundakı bakteriyaların müxtəlifliyinin azalması ilə əlaqəli ola bilər.

Yenicag.az xəbər verir ki, Nyu-York Universitetinin alimləri 15 mindən çox insan üzərində araşdırma aparıblar.

Alimlər onların tüpürcək nümunələrini analiz edərək depressiya əlamətləri ilə ağız mikrobiomu arasında əlaqə müəyyən ediblər. Nəticələrə görə, ağız mikroblarının çeşidi azaldıqca depressiya riski artır.

Tədqiqatın rəhbəri Bey Vu ağız mikrobiomunun immun və iltihabi mexanizmlər üzərindən psixoloji vəziyyətə təsir göstərə biləcəyini deyib. Eyni zamanda, depressiyanın da qidalanma pozğunluğu, pis ağız gigiyenası, siqaret və alkoqol istifadəsinin artması ilə mikrobiomu dəyişə biləcəyi bildirilib.

Araşdırmada həmçinin antidepressantların ağızda tüpürcək səviyyəsini azaltdığı və mikrobiomun quruluşuna təsir etdiyi qeyd olunub.

Elm adamları bu tapıntıların depressiya ilə mübarizədə yeni bioloji göstəricilərin və müalicə üsullarının inkişafına töhfə verə biləcəyini düşünürlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600