!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu kəndin sakinləri ilk dəfə elektrikdən istifadə edəcək - Azərbaycanda  

!Reklam – Yazi

Qurban Bayramı günündə tarix boyu elektrik enerjisi olmayan Astara rayonunun Şəvqo kəndinə “Azərişıq” ASC tərəfindən işıq verilib.

Yenicag.az-ın məlumatına görə, meşəliyin içində, çaylar, qayalıqlar arasında, bir sözlə ən çətin relyefdə yerləşən bu kəndə texnikadan istifadə etmək mümkün olmadığından əl əməyi ilə şəbəkə qurulub.

Ömrü boyu işığı olmayan 49 yaşayış evinin və ya 250-dən artıq insanın elektrik enerjisi ilə təmin edilməsi üçün 2 km 10 kV-luq və 5 km 0,4 kV-luq məsafədə özünüdaşıyan izolyasiyalı naqillərdən ibarət xətti çəkilib. 1 ədəd 10/0.4 kv-luq 63 kva gücündə transformator məntəqəsi quraşdırılıb.

Abonentlərin evlərinə 49 ədəd sayğac qoyulub.

Yenicag.az

www.yenicag.az

985
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv