Bu ölkədə “omikron” ştammına ilk yoluxmalar qeydə alındı
Venesuelada koronavirusun yeni “omikron” ştammına ilk yoluxma halları qeydə alınıb.
Yenicag.az-ın məlumatına görə, bu barədə ölkənin prezidenti Nikolas Maduronun mətbuat xidmətinin “Twitter” səhifəsində bildirilir.
“Venesuelanın Miranda, Lara ştatlarında və paytaxt şəhəri Karakasda “omikron” ştammın ilk yeddi yoluxma halı aşkar edilib”, – deyə məlumatda bildirilir.