Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Bu qeyri-legitimdir”

hikmet-xinnnnATƏT-in Daimi Şurasının iclasında çıxış edən Ermənistan xarici işlər naziri Eduard Nalbandyan Dağlıq Qarabağdakı separatçı rejimin bu il mayın 3-də keçirəcəyi parlament seçkilərindən danışıb.

O bildirib ki, dünya birliyi Qarabağda keçiriləcək “parlament seçkiləri”ni alqışlamalıdır: “Dağlıq Qarabağ xalqı 6-cı dəfə parlament seçkiləri keçirmək kimi demokratik haqqından istifadə edəcək. Dünyanın hər hansı yerində fundamental insan haqları və azadlıqlarına əsaslanan demokratiya quruculuğu beynəlxalq birliyin digər demokratik üzvləri tərəfindən yalnız alqışlanmalıdır”.

Bu məsələ ilə bağlı açıqlama verən Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Qarabağda keçirilməsi nəzərdə tutulan qondarma seçki heç bir hüquqi mahiyyət kəsb edə bilməz: “Bu qeyri-legitimdir. Ermənistan tərəfindən indiyə qədər Azərbaycanın işğal edilmiş ərazilərində bu qəbildən olan bir sıra təxribatçı, dırnaqarası seçkilər keçirilib və onların heç biri dünya birliyi tərəfindən tanınmayıb, qeyri – legitim hesab olunub”(azadinform).

www.yenicag.az

398