Bu şəxslərə ictimai nəqliyyatın pulsuz olması təklif edilir

media-hightechnic-468x90

Azərbaycanda müəllimlər və şagirdlər üçün ictimai nəqliyyat gündə heç olmasa 2 dəfə pulsuz olmalıdır.

Yenicag.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Naqif Həmzəyev çıxış edib.

O deyib ki, Bakıda tıxac problemi qismən həll olunması üçün ictimai nəqliyyatda avtobusların sayı artırılmalıdır.

“Biz payız tətilində gördük ki, Əhmədlidən paytaxtın mərkəzinə 15 dəqiqəyə gəlmək olur”, – deputat bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600