Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

“Büdcədə neftin qiyməti dəyişdirilə bilər” – Natiq Cəfərli

“Əgər neftin qiyməti dünya bazarında 55, hətta 50 dollara düşərsə, bu məsələyə yenidən baxılmalıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında dünya bazarında neftin ucuzlaşdığı şəraitdə Azərbaycanın 2019-cu il dövlət büdcəsi layihəsində “qara qızıl”ın bir barrelinin 60 dollar həddində hesablanmasının yarada biləcəyi riskləri şərh edən iqtisadçı Natiq Cəfərli deyib.

Natiq Cəfərlinin sözlərinə görə, hökumətin bu məsələdə bir müddət müşahidəçi mpvqeyində qalacağı gözlənilir:

“Ənənəvi olaraq, hökümət yəqin ki, may ayına qədər gözləmə mövqyi tutacaq. Bildiyiniz kimi, ööllkədə hər ilin may-iyun aylarında büdcəyə yenidən baxmaq ənənəsi yaranıb. Bu onu göstərir ki, orta və uzun planlaşdırma həyata keçirilmir. Yəni hökümət əsasən, hadisələrin inkişafına görə davranır.

Çox güman ki, neftin ucuzlaşması nəzərə alınmayacaq və 2019-cu ilin dövlət büdcəsində neft qiyməti 60 dollardan hesablanacaq. Büdcənin gəlir və xərclərinin dəyişməz qalması planlaşdırılır. Əgər neftin qiyməti dünya bazarında 55, hətta 50 dollara düşsə, o zaman bu məsələyə yenidən baxılmalıdır.

Ola bilər ki, gələn ilin may ayında dövlət büdcəsinə dəyişikliklər edilsin və müəyyən korreksiyalar aparılsın. Ancaq bütün hallarda neftin qiymətinin aşağı düşməsi müəyyən risklər yaradır”.

İqtisadçı qeyd edir ki, OPEK-in gələn ay keçiriləcək toplantısında qəbul olunacaq qərarlar neftin qiymətinin müəyyənləşməsinə həlledici təsir göstərəcək:

“Dünya bazarında neftin mümkün qiyməti ilə bağlı reallıq OPEK-in dekabrın 7-də Vyanada keçiriləcək toplantısından sonra müəyyənləşəcək. Əgər həmin toplantıda gündəlik hasilatın azaldılması ilə bağlı anlaşma olmasa, o zaman neftin qiymətində növbəti kəskin ucuzlaşma baş verəcək”.

Səxavət Məmməd

www.yenicag.az

3539
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM