“Orta Dəhlizin açarı Zəngəzurdur” – Rəcəb Tayyib Ərdoğan
Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütün region üçün yeni imkanlar gətirəcək.
Yenicag.az xəbər verir ki bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib ki, Türkiyə bu dəhlizi təkcə geosiyasi deyil, həm də geoiqtisadi inqilabın tərkib hissəsi kimi görür.
“Zəngəzur dəhlizinin açılışı Orta Dəhliz üçün strateji addım olacaq. Dəhliz açıldığı zaman türk malları Xəzərdən keçərək Orta Asiyaya və Çinə daha sürətlə çatacaq, Avropadan Çinə gedən mallar da Türkiyədən keçməyə başlayacaq. Orta dəhlizin açılması cənubdan bizə və Azərbaycana qədər bir çox ölkələri əhatə edir. Bundan başqa, Çindən gələn yol ilə də inteqrasiya olunub. Belə bir əhəmiyyəti var. Bu prosesdə bütün addımlarımızı ən yaxşı şəkildə atırıq. Burada ən önəmlisi Zəngəzur xəttidir. Bu xəttə dəmir yolu sistemi də daxildir. Bu səbəbdən yükdaşımalarda Zəngəzur xəttinin əhəmiyyəti artır və artacaq”, – deyə o vurğulayıb.
Ərdoğan onu da vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə böyük önəm verir.