!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Caviar” artıq Bakıda-Fotolar

!Reklam – Yazi

84390 (1)Bakıda məşhur “Caviar” brendinin mağazasının açılışı olub.

Yeddi nəslin zərgərlik ənənələrini və müasirliyi özündə yüksək zövqlə birləşdirən İtaliyanın Perla Penna ləl-cəvahirat evi Azərbaycanda ilk butik üslublu “Caviar – Azərbaycan” mağazasını müştərilərə təqdim edib.

K. Səfərəliyeva 12 ünvanında yerləşən mağazanın açılış lentini şirkətin MDB üzrə nümayəndəsi Sergey Kitov və “Caviar – Azərbaycan”nın direktoru Oruc Salmanov kəsib. S. Kitov Caviar-ın Azərbaycan üçün eksklüziv modellərinin hazırlandığını bildirib.

“Caviar – Azərbaycan”nın direktoru Oruc Salmanov bildirib ki, Caviar brendi son model iPhone smartfonlarını brilyantla işlənmiş qızıl, titan, nadir dərinövlərindən yaradılmış eksklüziv korpuslarla tamamlayaraq, bu cihazların sahiblərinə individuallıq və unikallıq bəxş edir: “Bu gün “Caviar Azərbaycan” butik-mağazası iPhone 6 və iPhone 6 plus smartfonlarının dəbdəbə və uğur simvolu olan “Atlante”, “Supremo”, Motore dOro”, Uniko” və “Unico Diamante” modellərini dəyərli və zövqlü Azərbaycan alıcılarının ixtiyarına verir”.

O. Salmanov tədbirdə Caviar şirkətinin Azərbaycana həsr olunan modellərini də iştirakçılara təqdim edib. O, bildirib ki, Caviar-ın Azərbaycana həsr olunmuş “Atlante Azerbaijan” qızıl telefonunda ölkəmizin gerbi və xəritəsi əks olunub. Orada Azərbaycanın bütün tarixi əraziləri qeyd edilib. Telefonun üzərində “Azerbaijan Land of Fire” cümləsi də yazılıb: “Azərbaycan xəritəsinin telefonda əsk olunmasının bir məqsədi də dünya dövlətləri tərəfindən tanınan ərazilərimizin bir hissəsinin işğal altında olduğunu göstərmək olub. Azərbaycana həsr olunan digər model isə “Atlante Baku” adlanır. Bu modelin üzərində Alov qüllələri, Heydər Əliyev Mərkəzi və Qız Qalası əks olunub”.

Qeyd edək ki, Caviar brendi Apple iPhone modellərinin zərgərlik modifikasiyaları ilə məşhurdur. Bahalı Caviar aparatlarının hazırlanması üçün qızıl, brilyant, dəri, titan, nadir ağac növləri kimi bahalı materiallardan istifadə edilir. Şirkətin satışa çıxardığı telefonların hamısı əl işidir.

www.yenicag.az

1468
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv