Faktiki hava: Bir çox rayonda yağış yağır

media-hightechnic-468x90

İyulun 6-sı saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.

Bu barədə Yenicag.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Düşən yağıntının miqdarı Gəncədə 8, Qaxda 7, Şərur və Göygöldə 4, Şəki (Kişçay), Zaqatala, Balakən, Şəmkir, Gədəbəy, Tovuz və Şahdağda 2, Naxçıvan, Daşkəsən, Goranboy və Naftalanda 3, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək təşkil edib.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Şərur və Neftçalada 20, Culfada 19, Şamaxı və Naftalanda 18 m/s-yə çatır.

Dənizdə dalğanın hündürlüyü 4.2 metrdir.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyulun 7-si səhərədək davam edəcəyi gözlənilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600