!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Cəbhə xətti: Kəşmir — səssiz mübarizə" adlı sənədli film təqdim edildi - VİDEO

!Reklam – Yazi

“AnewZ” telekanalı “Cəbhə xətti: Kəşmir — səssiz mübarizə” adlı yeni sənədli filmini təqdim edib.

Yenicag.az xəbər verir ki, filmdə Kəşmir münaqişəsinin siyasi, humanitar və hərbi aspektləri əhatəli şəkildə araşdırılır.

Filmdə yalnız tarixi kontekst və ərazi mübahisələri deyil, həm də qarşıdurmanın mərkəzində qalan insanların taleləri öz əksini tapır.

Filmin əsas süjeti Kəşmir münaqişəsinin yaranma səbəblərinə həsr olunub. Burada 1947-ci ildə Hindistan və Pakistanın bölünməsi, həmin ilin Birləşmə Aktı, eləcə də BMT-nin Kəşmirdə referendum keçirilməsi ilə bağlı qəbul etdiyi, lakin icra olunmayan qətnamələri diqqət mərkəzinə gətirilir. Eyni zamanda, 2019-cu ildə Hindistanın Konstitusiyasının 370-ci maddəsinin ləğvi və bunun Cammu və Kəşmirin xüsusi statusuna təsiri də müzakirə edilir.

Filmdə xüsusilə münaqişənin humanitar aspektinə diqqət yetirilir. Kəşmir sakinlərinin çətin həyat şəraiti, zorakılıq fonunda məcburi köçkünlərin üzləşdiyi ağır durum ətraflı təsvir olunur. Kəşmir dünyanın ən çox hərbiləşdirilmiş bölgələrindən biri olaraq qalır — 10-11 milyon insanın yaşadığı ərazidə 900 min hərbçi xidmət edir.

Bundan əlavə, sənədli film Kəşmirin iqtisadi problemlərinə də toxunur. Regionun kənd təsərrüfatı sahəsində inkişaf etdirilməsi və yerli əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinin vacibliyi vurğulanır.

Nəzarət Xətti (LoC) boyunca vəziyyətin gərgin qalması və nüvə silahına malik Hindistanla Pakistan arasında təsadüfi toqquşma riskinin yüksək olması münaqişənin yalnız regional deyil, həm də qlobal təhlükəsizlik üçün ciddi təhdid yaratdığını göstərir.

Sənədli film fərdi hekayələr vasitəsilə münaqişəni insan prizmasından təqdim edir. Kəşmirin füsunkar təbiəti ilə amansız zorakılıq reallığı arasındakı kəskin fərq filmin emosional təsir gücünü artıraraq, tamaşaçılara hadisələrə yeni baxış bucağından baxmaq imkanı yaradır.

www.yenicag.az

76
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv