Cənubi Koreya və ABŞ birgə hərbi təlimlər keçirəcəklər

media-hightechnic-468x90

Mart ayında Cənubi Koreya və ABŞ “Freedom Shield” (“Azadlıq qalxanı”) adlı illik birgə hərbi təlimlər keçirəcəklər.

media-banner_tkm

Yenicag.az-ın xəbərinə görə, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsi və ölkədəki ABŞ hərbi komandanlığına istinadən məlumat verib.

Bildirilib ki, təlimlər 9-19 mart tarixlərində keçiriləcək və “Döyüşçü qalxanı” adlı səhra manevrlərini, eləcə də döyüş əməliyyatlarının kompüter modelləşdirilməsini əhatə edəcək. Agentliyin mənbələri vurğulayıblar ki, səhra təlimlərinin miqyasının 2025-ci illə müqayisədə daha kiçik olacağı ehtimal edilir. Bu qərar Cənubi Koreya hakimiyyətinin Şimali Koreya ilə münasibətləri yaxşılaşdırmaq niyyəti ilə əlaqələndirilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05