!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çexiya Slovakiyanın Putinlə sülh danışıqları ilə bağlı bəyanatlarına REAKSİYA VERDİ

!Reklam – Yazi

Çexiya Xarici İşlər Nazirliyinin rəhbəri Yan Lipavski bildirib ki, Rusiya prezidenti Vladimir Putin indiyə qədər bütün sülh təkliflərini rədd edib və əvəzində hər gün Ukraynanın regionlarına yeni zərbələr endirir.

Yenicag.az xəbər verir ki, bu barədə XİN rəhbəri “Prague International”a müsahibəsində deyib.

Məlumata görə, Lipavski bu fikirləri Slovakiyanın xarici işlər naziri Yuray Blanarın dekabrın 27-də Slovakiyanın Ukrayna üzrə gələcək sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu bəyan etməsindən sonra ifadə edib.

Lipavski vurğulayıb: “Putin indiyə qədər bütün sülh təkliflərini rədd edir və bunun müqabilində Ukraynanın regionlarına hücumlarını davam etdirir. Rus yalanları ilə vaxt itirmək əvəzinə, xalqımızın təhlükəsizliyini necə təmin edəcəyimizi düşünməliyik”.

Dekabrın 26-da Kreml rəhbəri Vladimir Putin Slovakiyanın Ukrayna ilə bağlı sülh danışıqları üçün platforma təklif etməsinə münasibət bildirərək, “Rusiya bunun əleyhinə deyil” ifadəsini işlədib. Bununla yanaşı, o, 2025-ci ildə də Rusiya Federasiyasının Ukraynadakı müharibənin “bütün məqsədlərinə nail olmaq üçün” fəaliyyətini davam etdirəcəyini və bunun “əsas vəzifə” olduğunu qeyd edib.

Eyni zamanda, Slovakiyanın Baş naziri Robert Fitso dekabrın 24-də Moskvaya səfər edərək Putinlə görüşüb. Fiko bildirib ki, bu səfəri barədə Avropa İttifaqı liderlərini məlumatlandırıb. Bu məsələyə münasibət bildirən Ukrayna Xarici İşlər Nazirliyi qeyd edib ki, Slovakiyanın enerji siyasətindəki zəiflik, asılılıq və uzaqgörənlik çatışmazlığı təkcə Slovakiya üçün deyil, bütün Avropa üçün təhlükə yaradır.

www.yenicag.az

96
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv