Bu gün Azərbaycan Respublikası xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında iştirak etmək məqsədilə Minsk şəhərinə yola düşüb.
Bu barədə Yenicag.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində Ceyhun Bayramovun MDB XİNŞ növbəti iclasında iştirakı ilə yanaşı, ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.