Ceyranbatan su anbarı ilə bağlı qalmaqallı məlumatlar gerçəkdir? - VİDEO
Ceyranbatan su anbarı Abşeron yarımadasının əhəmiyyətli hissəsini – Bakı, Sumqayıt şəhərlərini, ətraf qəsəbələri içməli su ilə təmin edir.
Bəs buradan evimizə, süfrələrimizə gələn su hansı mərhələlərdən keçir?
Bu barədə Ceyranbatan Su Təchizatı İdarəsinin baş mühəndisi Oruc Bayramov “Baku TV”yə danışıb.
Baş mühəndis sosial şəbəkələrdə Ceyranbatan su anbarına qrunt sularının axıdılması ilə bağlı yayılan məlumatların gerçəyi əks etdirmədiyini bildirib.
O deyib ki, Ceyranbatan anbarından su yeraltı borular vasitəsilə mexaniki süzgəc binasına ötürülür: “Filtr qurğuları vasitəsilə 3 mm və daha yuxarı olan su canlıları, digər yad cismlər burada saxlanılır, daha sonra isə su xam məhsul anbarına ötürülür”.
Qeyd edilib ki, su bu anbardan əsas süzgəc qurğusuna ötürülür və yenidən filtrdən keçirilir, sonra emal olunmaq üçün binanın əsas hissəsinə yönləndirilir.
O.Bayramov açıqlamasında diqqətə çatdırıb ki, suyun keyfiyyətinə daimi nəzarət həyata keçirilir: “Su nümunələri laboratoriyada müayinə olunur. Həm kimyəvi, həm də bakterioloji müayinə aparılır. Suyun tərkibində olan bağırsaq çöpləri, bakteriya və viruslar təyin edilir”.
Daha ətraflı süjetdə:












