!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Cibə girmir, narkomanlıq etmir...” - Tanınmış aktyor kimin MÜDAFİƏSİNƏ QALXDI?

!Reklam – Yazi

“Onun-bunun haqqına, cibinə girmir, narkomanlıq, alçaqlıq, oğurluq etmir. Öz zəhməti bahasına pul qazanır ki. ailəsini dolandıra bilsin”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış aktyor Allahverdi Yolçuyev həmkarlarının bir çox məhsulların reklam roliklərinə çəkilməsinə, toylarda, el şənliklərində tamadalıq etməsini qınayanlara cavab olaraq deyib.

O, özü də 30 il toylarda tamadalıq etdiyini bildirib:

“Aktyor səhnədə it, pişik, dovşan, qatil, prokuror, fərqi yoxdur, hansı bir obrazda çıxış edirsə, tamada obrazında da məmnuniyyətlə oynaya bilər. Əlavə pul cibi deşmir və artıq pul qazanmaq heç ayıb iş də deyil. İnsanın öz zəhməti hesabına pul qazanmasına çox yaxşı baxıram.

Mən özüm 30 il toylarda, el şənliklərində tamadalıq etmişəm. Bu, heç də mənim səhnədə aktyorluğuma mane olmayıb. Məni hamı tamada kimi yox, elə aktyor kimi tanıyıb, tanıyır və tanıyacaq da…

Qaldı ki, aktyorların reklam çarxlarına çəkilməsinə, bunda da qəbahət görmürəm. Bütün dünyada məşhur aktyorlar, müğənnilər, idmançılar və digər üzdə olan insanlar reklam roliklərinə çəkilir. Elə Azərbaycanda da aktyorun və digər peşə sahibinin reklama çəkilməsi normal haldır. Düzdür, dünya ulduzları ilə müqayisədə azərbaycanlı aktyorlar o qədər şanslı deyil, yəni onlar qədər qazanc əldə etmirlər. Hansı ki, sadaladığım o məşhurlara hansısa bir məhsulun reklamına çəkiləndə külli miqdarda pul verirlər.

Aktyorlarımız reklama çəkilir, bunu qınamaq lazım deyil. Aktyor neynəyir, onun-bunun haqqına, cibinə girmir, narkomanlıq, alçaqlıq, oğurluq etmir. Öz zəhməti bahasına pul qazanır ki. ailəsini dolandıra bilsin. Pul qazanmaq ayıb deyil”.

Cəvahir

www.yenicag.az

299
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv