Çin xarici brendlərdən imtina edir

media-hightechnic-468x90

8a9ae548b1992eca75e6e1d14d250001Çin hakimiyyəti son iki ildə təhlükəsizlik məsələlərinə istinad edərək yüksək texnologiyalar sahəsində bir sıra aparıcı xarici brendlərin məhsulunu büdcə puluna alınacaq malların siyahısından çıxarır. Bu haqda analitiklərə istinadən “Reuters” agentliyi məlumat paylaşıb.

Yenicag.az xəbər verir ki, belə ki “Cisco Systems Inc.” şirkətinin təxminən 60 məhsul növü, həmçinin “Apple Inc” şirkətinin “iPad” planşet kompüterləri və “MacBook” noutbukları, “Citrix Systems Inc.” və “Intel Corp.” şirkətlərinin texnikaları, həmçinin “McAfee” antivirus proqram təminatı sözügedən siyahıya salınmayıb.

Analitiklər iddia edirlər ki, bu addım qismən ABŞ hökumətinin kütləvi izləmə proqramları haqda Edvard Snoudenin açıqlamaları ilə izah olunur. Bundan başqa, haker hücumları və kibercasusluqla bağlı ittihamlara görə Pekin və Vaşinqton arasında gərginlik artıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600