Cinayət işi açıldı, cərimə kəsildi – "General Hospital" saxta arayışları dayandırmır - FOTOFAKT

media-hightechnic-468x90

Paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yerləşən “General Hospital” yenə saxta sağlamlıq arayışı qalmaqalı ilə gündəmə gəlib.

Bu barədə Unikal.az-a vətəndaş Qurbanova Zərxanım İlqar qızı məlumat verib. O bildirib ki, 14 nömrəli Bakı Peşə Məktəbinə təqdim etmək üçün sağlamlıq arayışı almalı imiş:

“9 sentyabr tarixində sağlamlıq arayışını əldə etmək üçün “General Hospital”a müraciət etdim. Həmin klinikada bunun üçün məndən 40 manat pul vəsaiti tələb etdilər. Həmin məbləği klinikaya verdikdən sonra heç bir yoxlanışdan keçmədən sağlamlıq arayışını təqdim etdilər”, – deyə o əlavə edib.

Xatırladaq ki, bir müddət əvvəl “General Hospital”da əməliyyat keçirilib. Nəticədə saxta sağlamlıq arayışı qalmaqalına görə cinayət işi açılmışdı. Səhiyyə Nazirliyi isə 17 mart 2025-ci ildə “General Hospital” haqqında İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikatsiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) maddəsi ilə inzibati protokol tərtib edib. Protokol baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Məhkəmə protokolu əsaslı hesab edib və “General Hospital”ın 6 min manat cərimə edilməsi barəsində qərar qəbul edib.

media-1757571529_21951b78-26b5-4e35-b205-2fea5a487e41

 

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa