Çində demoqrafik vəziyyət kəskin pozuldu

media-hightechnic-468x90

naselenie1ty

Çin Xalq Respublikasının əhalisi 7.1 milyon nəfər artıb.

Yenicag.az xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.Çin Dövlət Statistika İdarəsinin 2014-cü ilin sonunadək olan hesabatında deyilir ki, hazırda ölkə əhalisinin sayı 1 milyard 367 milyon nəfər olub.

Ötən il ölkədə 16.9 milyon insan doğulub, 9.8 milyon insan isə dünyasını dəyişib.
Qeyd edilir ki, Çində gender balansı tamamilə pozulub. Belə ki, kişilər qadınlardan 33.8 milyon nəfər çoxdur.

Ölkə əhalisinin 17.5 faizini isə 16 yaşınadək uşaqlar təşkil edir. 60 yaşından yuxarı insanlar 15.5 faizdir.

Çin əhalisinin 54.8 faizi şəhərdə, 45.2 faizi isə kənd rayonlarında yaşayır.

(aznews.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600