Çində təkrar istifadə oluna bilən raketin sınağı keçirildi

media-hightechnic-468x90

Çinli mühəndislərin hazırladığı təkrar istifadə oluna bilən daşıyıcı raketin şaquli qalxma-enmə sınağı uğurla icra edilib.

Yenicag.az xəbər verir ki, raket 12 kilometr hündürlüyə qalxdıqdan sonra yerə enib. Bu, daşıyıcı raketin ən hündür qalxma-enmə uçuşu olub.

“Çin kosmos elmləri və texnologiyaları” korporasiyasının nəzdindəki “Şanxay kosmos uçuşu texnologiyası akademiyası”nın hazırladığı raketin sınağı iyunun 23-də Ciüçüən kosmodromunda keçirilib. Maye oksigen-metan ilə çalışan və diametri 3,8 metr olan raketin ümumi uçuş müddəti 6 dəqiqə çəkib.

Çinli mütəxəssislər növbəti mərhələdə raketin 70 kilometr hündürlüyə qalxıb-enmə sınağını həyata keçirməyi planlaşdırıblar.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa