Çinin Uhan şəhərindən təxliyyə edilən 42 nəfəri daşıyan Türkiyəyə məxsus hərbi təyyarə Ankaradakı Etimeskut hava limanına eniş edib.
Yenicag.az xəbər verir ki, təxliyyə edilənlərin arasında 32 Türkiyə, 6 Azərbaycan, 3 Gürcüstan və 1 Albaniya vətəndaşı var.
Həmin şəxslər Dr.Zekai Tahir Burak xəstəxanasına aparılacaq.