Türkiyə ilə bağlı iki beynəlxalq HADİSƏ: "Mövcud statusu onu həm hədəfə, həm də vazkeçilməz aktora çevirir"

media-hightechnic-468x90

“Ankara artıq reaktiv yox, proaktiv siyasət yürüdür”.

Bu fikirləri Türkiyədə Liviya ordusunun Baş Qərargah rəisinin təyyarəsinin qəzaya uğraması və eyni gündə XİN rəhbəri Hakan Fidanın Suriyada mətbuat konfransı zamanı sözünün yarıda kəsilməsi haqqında danışan politoloq Tural İsmayılov Yenicag.az-a açqılamasında səsləndirib.media-turalismayilov1

Politoloq sözügedən hadisələrin regional təhlükəsizlik mühitinin həssaslığını göstərən simvolik epizod kimi qiymətləndirilə biləcəyini deyib:

“Yaxın Şərq və Şimali Afrikada hadisələrin zamanlaması çox vaxt təsadüf anlayışını arxa plana keçirir və geosiyasi oxunuş tələb edir. Bununla belə, mövcud faktlar Türkiyəyə yönəlmiş birbaşa və açıq mesajdan daha çox, bölgədə artan qeyri-sabitliyin fonunda təhlükəsizlik risklərinin yüksəldiyini göstərir. Türkiyənin son illərdə Suriyada, Liviyada və ümumilikdə, Şərqi Aralıq dənizi hövzəsində aktiv və nəticəyönümlü siyasət aparması onu regional proseslərin mərkəzi aktoruna çevirib. Bu reallıq fonunda Ankara ilə əlaqəli hər bir hadisə avtomatik olaraq strateji prizma ilə oxunur”.

T. İsmayılov bölgədə baş verən hadisələrə rəsmi Türkiyənin yanaşmasından da bəhs edib:

“Hakan Fidanın davranışı klassik diplomatik refleksin nümunəsi idi: emosiyaya qapılmadan, məlumatı qeyd edib prosesin nəzarətdə saxlanması. Bu, Türkiyənin böhranlara reaksiya modelinin artıq institusionallaşdığını göstərir. Ankara bu mərhələdə reaktiv yox, proaktiv siyasət yürüdür və təhlükəsizlik çağırışlarını idarəolunan risklərə çevirə bilir. Əsas nəticə ondan ibarətdir ki, bölgədə Türkiyənin artan təsir gücü bəzi aktorları dolayı siqnallar üzərindən mövqe sərgiləməyə vadar edir. Lakin bu cəhdlər Türkiyənin strateji kursunu dəyişdirəcək səviyyədə deyil. Ankara artıq regional proseslərin müşahidəçisi yox, memarıdır və bu status onu həm hədəfə, həm də vazkeçilməz aktora çevirir”.

Nurlan Cəfəri

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa