"Çıxış yolu Ermənistanın bu niyyətini pozmaqdır" - ŞƏRH

media-hightechnic-468x90

“Çıxış yolu Ermənistanı daimi təzyiq altında saxlamaqdır”.

media-elsad_musayev

Bunu Yenicag.az-a Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayev Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanın konstitusiya dəyişikliyi ilə bağlı şərti qəbul etməyəckələrini deməsinə münasibət bildirərkən vurğulayıb.

O bildirib ki, Ermənistan hakimiyyəti ikiüzlü siyasət yürüdür:

“Daxildə seçki öncəsi müəyyən rəy və bəyanatlarla öz xalqını sakitləşdirməyə çalışırlar. Ermənistanda parlament seçkiləri keçiriləcək və hakimiyyət bu prosesə qədər öz mövqeyini qorumağa, seçkilərdən sonra isə yeni strategiyalar qurmağa çalışır.

Ermənistan rəhbərliyi seçkilərə qədər vaxt qazanmaq, daxildə sabitlik yaratmaq istəyir, ancaq əli möhkəmləndikcə sərt addımlar atmaq potensialı qalır. Ona görə də, Azərbaycanın strategiyası onların bu niyyətini pozmaq, onları daim təzyiq altında saxlamaqdır. Azərbaycana düşən vəzifə ondan ibarətdir ki, ya sülh yolu ilə məsələləri həll etməyə çalışsın, ya da lazım gələrsə zor gücündən istifadə etməyə hazır olduğunu göstərsin”.

Elşad Musayev qeyd edib ki, Azərbaycanın çıxış yolu onları daimi təzyiq altında saxlamaq, istərsə də sülh danışıqları zamanı güclü mövqedə olmaqdır:

“Hər hansı bir zəiflik onların mövqeyini gücləndirər, Azərbaycana qarşı daha aqressiv davranışlara yol açar.

Ümumilikdə, bu mürəkkəb prosesdə diplomatiya, müdafiə və siyasi strategiyalar bir-birini tamamlamalıdır ki, Azərbaycanın maraqları maksimum dərəcədə qorunsun və regionda sabitlik təmin edilsin.

Belə bir vəziyyətdə təhdid və təzyiq elementləri olmadan uzunmüddətli sülh mümkün görünmür. Azərbaycan bunu yaxşı dərk edir və strategiyasını ona uyğun qurur”.

 

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa