Çoxmərtəbəli binada yanğın oldu

media-hightechnic-468x90

Zaqatalada 9 mərtəbəli yaşayış binasında yanğın olub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, saat 01:20-də Zaqatala şəhəri Faiq Əmirov küçəsində 9 mərtəbəli çoxmənzilli yaşayış binasının B blokunun dördüncü mərtəbəsindəki ümumi sahəsi 45 kvadratmetr olan 21 saylı mənzilində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənməsinin qarşısı alınıb. Yanğın nəticəsində mənzilin mətbəxinin 3 kv.m-lik sahəsi və bir ədəd paltaryuyan maşın yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır./APA/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05