Türkiyədə faciəli qəzada hərbçi vəfat etdi
Türkiyədə hərbçinin həyatını itirdiyi qəza kameraya düşüb
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kırıkkalədə motosikletlə avtomobilin toqquşması nəticəsində jandarma mütəxəssis-çavuşunun həyatını itirdiyi qəza kamera tərəfindən qeydə alınıb.
Qəza dünən gecə Osmangazi məhəlləsindəki Doğu Bulvarında baş verib. Məlumata görə, Engin Keyvanoğlunun (30) idarə etdiyi motosiklet (dövlət qeydiyyat nişanı 06 CZP 780) ilə Ö.D.-nin (26) idarə etdiyi “Volkswagen” markalı avtomobil (dövlət qeydiyyat nişanı 71 AK 525) toqquşub. Hadisə barədə məlumat verildikdən sonra polis, jandarma və tibb qrupları əraziyə cəlb olunub. Tibb işçiləri motosikletçi Keyvanoğlunun hadisə yerində həyatını itirdiyini müəyyən ediblər.
Nurlan Cəfəri













