Dağ keçisini ovladı, bölməyə düşdü – Naxçıvanda

ovNaxçıvanda qanunsuz dağ keçisi ovlayan şəxs saxlanılıb.

Yeniçağ.az-ın APA-ya istinadən məlumatına görə, Babək Rayon Polis Şöbəsinin əməkdaşları Nehrəm kənd sakini Bayram Məmmədovu kəndin ərazisində  dağ keçisi ovladığına görə saxlayıblar.

Nehrəm kəndi ərazisində ferması olan B. Məmmədov iki gün əvvəl özünəməxsus ov silahı ilə dağ keçisini ovlayıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 2001-ci ildən Naxçıvanda ova qadağa qoyulub. Məqsəd nadir və nəsli kəsilməkdə olan fauna növlərinin qorunması və sayının artırılmasına nail olmaqdır.

Yeniçağ.az