!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dağıstan olaylarında “Vaqner” AMİLİ: Terror qrupları hansı xarici güclərə bağlıdır?

!Reklam – Yazi

 

“Dağıstanda baş verən hadisələri təsadüf hesab edirəm və bunun keçənilki “Vaqner” qiyamı ilə bunun əlaqəsi olduğunu düşünmürəm”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Oktay Qasımov deyib.

Siyasi təhlilçi ötən gün Dağstanda silahlı-ekstremist qruplarla təhlükəsizlik qüvvələri arasında gedən şiddətli döyüşlərdən, proseslərin “Vaqner”lə əlaqəsindən, habelə bölgədə baş verən son hadisələrdən söz açıb.

Mütəxəssis tarixə ekskurs edərək söyləyib ki, 90-cı illərdən başlayaraq, Şimali Qafqaz radikal-ekstremist qrupların “cənnət-məkan”ına çevrilmiş bir ərazidir:

“Orada həm silahlı-terrorçu qruplaşmaların mövcudluğu, həm də əhali arasında sözügedən ideologiyanın ciddi yayılması nəticəsində Rusiya dövləti bölgədəki nəzarət mexanizmlərini əlində saxlaya bilmədi. Lakin bütün hallarda, bu qruplaşmalara qarşı nə qədər mübarizə aparılsa da, onlar bir formada öz varlıqlarını qorumaqdadırlar. Hər halda, 2000-ci ildən əvvəllərindəki kimi güclü olmasalar da, müəyyən qüvvələri hələ də qalmaqdadır. Təbii ki, onlar bir formada xaricə bağlıdırlar və məhz onların vasitəsilə Rusiyanın daxilinə təsir etmək üçün həmin qruplar “maşa” kimi istifadə oluna bilər”.

Ekspert diqqətə çatdırıb ki, vaxtilə Rusiya hakimiyyəti Şimali Qafqazda sərt nəzarət mexanizmini həyata keçirmək üçün onların fəaliyyətinə müəyyən qədər dözmüşdü:

“Amma Çeçenistan və digər ərazilərə xaricdən gələn terrorçular var idi ki, məhz onların fəaliyyəti də çeçenlərin azadlıq hərəkatına kifayət qədər kölgə saldı. Odur ki, sözügedən hadisələrin “Vaqner” hadisələri əlaqəsi inandırıcı görünmür. Lakin Dağıstandakı qrupların müəyyən bir qisminin xaricdəki hansısa güclərlə əlaqəli olduğunu demək olar”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Xatırladaq ki, Dağıstanda baş verən hadisələr nəticəsindən 15-dən çox polis əməkdaşı terror aktlarının qurbanı olub, bir neçə mülki şəxs isə həlak olub. Hazırda ölkədə 3 günlük matəm elan olunub.

Rafi Müslümov

COP29

www.yenicag.az

215
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv