Dağlıq rayonlarda 16 dərəcəyədək şaxta var - FAKTİKİ HAVA

media-hightechnic-468x90

Fevralın 21-i saat 21:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, ölkə ərazisində soyuq, fasilələrlə qarlı hava şəraiti davam edir.

Naxçıvan, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Quba, Qusar, Tərtər, Yevlax, Hacıqabul, Göyçay, Zərdab, İmişli, Beyləqan, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astara, Şuşa, Laçın, Xankəndi, Qubadlıda qar yağır.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 22 m/s-dir. Dənizdə dalğanın hündürlüyü 5.4 metrdir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 1, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 16 dərəcəyədək şaxta qeydə alınıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600