“Avesta” konserninin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli saxlanılıb.
Bu barədə xəbər yayıb.
İş adamı dünən Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Amma hüquq-mühafizə orqanları bu barədə şərh vermək istəmirlər.
Bununla belə, məlumatı Hacı İbrahimin layihəsi olan “Xəzər İsland”da çalışan məsul şəxslərdən biri təsdiqləyib. O, bildirib ki, hər gün adalarda olan Hacı İbrahim bir neçə gündür ki, iş yerinə baş çəkmir: “Dünən axşam isə eşitdik ki, onu həbs ediblər”(qafqazinfo).