Daha bir məşhur sənətçi “Eşkiya”nı seçdi – FOTO

“Eşkiya dünyaya hükümdar olmaz” serialına yeni aktyor daxil olub.

Yenicag.az türk mətbuatına istinadla xəbər verir ki, yeni bölümləri maraqla gözlənilən serialın 179-cu bölümündən etibarən səsləndirmə sənətçisi və məşhur aktyor olan Levent Sülün də yer alacaq.

Qeyd edək ki, L.Sülün daha əvvəl “Diriliş Ertuğrul” ve “Kurtlar Vadisi” kimi məşhur seriallarda da yer alıb.