Daha bir şirkətə sığorta agenti fəaliyyəti üçün lisenziya verildi

Azərbaycan Mərkəzi Bankı (AMB) “Global EFC” MMC-yə sığorta agenti fəaliyyəti üçün lisenziya verib.

Yenicag.az bu barədə AMB-yə istinadən xəbər verir.

Beləliklə, hazırda Azərbaycanda 56 hüquqi şəxs sığorta agenti lisenziyasına malikdir.

Xatırladaq ki, “Global EFC” 2016-cı ilin may ayında dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 manatdır.

COP29