Azərbaycanda yük daşımaları artdı

media-hightechnic-468x90

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 217,9 milyon ton yük daşıyıb.

Yenicag.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,2 milyon ton və ya 2 % çoxdur.

Hesabat dövründə nəqliyyatçılar 1 milyard 974 milyon 4 min sərnişinə xidmət göstəriblər. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 103 milyon 9 min sərnişin və ya 5,3 % çoxdur.

Bu ilin 11 ayında qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi isə 3,3 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 80 % təşkil edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa