Kasıb təbəqəyə daha çox təsir edən İNFLYASİYA: "Elə insan var ki, çörək almağa pulu yoxdur"

media-hightechnic-468x90

“Elə insan var ki, pulu çoxdur, ona fərqi yoxdur. Ancaq elə insan var ki, çörək almağa çətinliklə pul tapır”.

Bunu inflyasiyanın artmasının mümkün təsirləri barədə danışan iqtisadçı Xalid Kərimli Yenicag.az-a açıqlamasında deyib.media-xalid-kerimli-bu-naxcivan-ucun-cox-ugurlu-modeldir-1735038010

X. Kərimli bildirib ki, inflyasiya daha çox ərzaq məhsullarının qiymətinin artımında özünü göstərir.

“Ət baha, meyvə-tərəvəz baha, yağ baha. Hər şey keçən ildəki qiymətindən daha bahadır.

Cibimizdən ərzağa 8.2% daha çox pul xərcləyiriksə, narahatlığa əsas var. Həm də bu fərdi hissdir. Elə insan var ki, pulu çoxdur, ona fərqi yoxdur. Ancaq elə insan var ki, çörək almağa çətinliklə pul tapır.

Gələn il üçün də inflyasiya proqnozlaşdırılır. Yəni təxminən builki qədər inflyasiya olacaq və qiymətlər yenə artacaq”.

Nəsimi Ələsgərli

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa