Damağında siqaretlə yatan şəxsin faciəsi: Özü və evi yandı – FOTO

Siqaret çəkə-çəkə yatan şəxs evi və özünü yandırıb.

Yenicag.az TRT-yə istinadən xəbər verir ki, hadisə Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda baş verib.

İbrahim Yazıcı adlı şəxs siqaret çəkərkən yuxuya gedib. Yatağa düşən siqaret kötüyü qısa zaman ərzində yanğına səbəb olub. Yanğın nəticəsində evlə birlikdə Yazıcı da yanıb.

Xəstəxanaya aparılan Yazıcının 3-cü dərəcəli yanıq xəsarəti aldığı, vəziyyətinin ciddi olduğu bildirilir.