Neyrocərrahların Birinci Beynəlxalq Konqresində Azər Əkbərov yad edildi

media-hightechnic-468x90

Bakıda Azərbaycan Neyrocərrahlarının Birinci Beynəlxalq Konqresi keçirilir. Azərbaycan Neyrocərrahlar Cəmiyyətinin (ANC) təşkilatçılığı ilə baş tutan tədbirdə 12 ölkəni təmsil edən 250-dən çox yerli və xarici mütəxəssis iştirak edir. Neyrocərrahiyyə sahəsində dünyaca məşhur alimlərin, professorların da iştirak etdiyi konqresin gündəliyində müasir neyrocərrahiyyənin müalicə üsulları, nəzəri və praktiki, eləcə də texnoloji yeniliklərə dair mövzular yer alıb.

Yüksək səviyyədə baş tutan tədbir bir özəlliyi ilə də yadda qalıb. ANC-nin  İdarə Heyətinin qərarı ilə böyük konfrans zalına mərhum uzman neyrocərrah Azər Əkbərovun adı verilib. Həmkarlarının bu təşəbbüsü Azər həkimin dostları və yaxınları tərəfindən rəğbətlə qarşılanıb.media-whatsapp-gorsel-2025-05-11-saat-21-06-33_1d6c0ca7

Tədbirdə məruzə edən cəmiyyətin sədr müavini, konqresin Təşkilat Komitəsinin sədri, uzman neyrocərrah Tural Rəhimli və Türkiyədən qatılan Gülhanə Təhsil və Araşdırma Xəstəxanasının (keçmiş adı: GATA) neyrocərrahı Prof. Dr. Özkan Tehli çıxışlarında A.Əkbərovu da yad edib,  onun yüksək mütəxəssis kimi fəaliyyəti və vaxtsız ölümündən söz açıblar.

Azər Əkbərovu həkimlikdə fədakarlıq nümunəsi adlandıran T. Rəhimli onu da qeyd edib ki,  Azər həkim ən çətin vaxtlarında da  xəstələrinə köməyini əsirgəməyib:

“Özü ağır xəstəliklə mübarizə apardığı, kimyaterapiya aldığı günlərdə də xəstələrini köməksiz qoymur, əməliyyatlarını icra edirdi. O, sözün əsl mənasında fədakarlıq  nümunəsi idi. Təəssüf ki, belə bir şəxsiyyəti, yüksək mütəxəssisi çox erkən itirdik. Bu gün hamılıqla onun əziz xatirəsini yad edirik”.

Qeyd edək ki, hərbi həkim, uzman neyrocərrah Azər Əkbərov  1979-cu il aprelin 26-da Bərdə şəhərində doğulub. 1996-cı ildə Azərbaycan Tibb Universitetinə daxil olub. O,  2002-ci ildə Hərbi tibb fakültəsini bitirərək orduda hərbi həkim kimi xidmətə başlayıb. 2009-cu ildə Türkiyə Republikasının Gülhanə Hərbi Tibb Akademiyasına daxil olub. 2014-cü ildə neyrocərrahiyyə üzrə uzmanlıq dərəcəsini qazanıb və 2014-cü ildə vətənə dönərək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında xidmətə davam edib. Azər Əkbərov 2021-ci il oktyabr ayına qədər özəl xəstəxanaların birində fəaliyyət göstərib. O, 2021-ci il noyabrın 24-də uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Könül CƏFƏRLİ

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600