Daşkəsəndə yol qəzası baş verdi: Xəsarət alanlar var

media-hightechnic-468x90

Daşkəsən rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Yenicag.az xəbər verir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunda qeydə alınıb.

Hərəkətdə olan “VAZ-21011” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dəmir maneələrə çırpılıb.

Hadisə zamanı 1970-ci il təvəllüdlü Xəlil İbrahimov və 1966-cı il təvəllüdlü Sənəm Heydərova xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onlardan X.İbrahimovun vəziyyəti ağır, S.Heydərovanın vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600