Mingəçevirdə 24 yaşlı gənc su anbarında boğuldu
Mingəçevir su anbarında bədbəxt hadisə baş verib.
Yenicag.az-ın məlumatına görə, 24 yaşlı Rəşad Çərkəzli su anbarının ərazisində yerləşən çimərlikdə çimərkən suda boğularaq həyatını itirib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.













