Bakıda kişi arvadını güllələyib
Bakıda qətl hadisəsi baş verib.
Yenicag.az xəbərinə görə, hadisə Nəsimi rayonunda, “Şamaxinka” ərazisində baş verib.
İlkin məlumata görə, qadın hadisə yerində ölüb.
Xəsarət alan kişi polis əməkdaşlarının nəzarəti ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.













