DATÜB sədri: “Bizim ürəyimiz Azərbaycanla döyünür”

“Şəhidlərimizi heç zaman unutmayacaq, ailələrini yalnız buraxmayacağıq”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Dünya Axısxa Türkləri Birliyinin (DATÜB) sədri Ziyaatdin Kasanov Türkiyənin ölkəmizdəki Sabiq səfiri Hulusi Kılıçla birgə keçirilən mətbuat konfransında səsləndirib.

Kasanov Azərbaycanın torpaqlarını işğaldan azad etməsilə bütün türk dünyasının eyni sevinci yaşadığını bildirib:

“Azərbaycan böyük zəfərlə dünyaya savaşın nəticəsini elan etdi. Biz bu torpağa ayağımız başı dik, qürurla basdıq. 30 ildə Azərbaycan güclü orduya sahib oldu. Bunlar sevindirici şeylərdir. Biz buraya zəfəri qeyd etməyə gəldik. Bizim ürəyimiz Azərbaycanla döyünür. Bu günlərdə çox xoşbəxtik.

Biz şəhid ailələri, qazilərlə gördük. Bu gün bütün türk dünyasının onlarla birlikdə olduğunu söylədim. Şəhidlərimizi heç zaman unutmayacaq, ailələrini yalnız buraxmayacağıq”.

COP29