Nazirlər Kabineti Milli Məclis qarşısında hesabatı bu tarixədək verəcək
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanununu təsdiq edib.
Yenicag.az-ın məlumatına görə, dövlət başçısının imzaladığı sənədə əsasən, Nazirlər Kabineti martın 31-dək Milli Məclis qarşısında hesabat verəcək.
Xatırladaq ki, bundan əvvəl Nazirlər Kabineti parlament qarşısında Milli Məclisin yaz sessiyasının beşinci iclasında hesabat verirdi.












