Mağazada məhsul sınması: Ödənişi kim edir? – Qanuni məsuliyyət kimin üzərinə düşür?

media-hightechnic-468x90

Mağazalarda alış-veriş zamanı müştərinin ehtiyatsızlıqdan məhsulu sındırması tez-tez mübahisələrə səbəb olur. Bəzi hallarda mağaza rəhbərliyi zərərin mütləq müştəri tərəfindən ödənilməli olduğunu iddia edir, digər hallarda isə məsuliyyətin mağazanın üzərinə düşdüyü bildirilir. Bəs qanunvericiliyə əsasən belə vəziyyətlərdə məsuliyyət kimə aiddir?

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında hüquqşünas Ramil Süleymanov bildirib ki, hər bir hal fərdi qaydada qiymətləndirilməlidir və yekun qərar konkret sübutlara əsasən verilir.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, vurulan zərər prinsip etibarilə zərər vuran şəxs tərəfindən ödənilməlidir. Lakin bu, avtomatik olaraq hər sındırılan məhsulun pulunun müştəriyə öhdəlik kimi yüklənməsi demək deyil:

“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərər həmin zərəri törədən şəxs tərəfindən qarşılanmalıdır. Ancaq mağaza ilə müştəri arasında mübahisə yaranarsa, bu zaman sübutetmə yükü mağazanın üzərinə düşür. Mağaza rəhbərliyi video-görüntülər, vitrində məhsulun düzgün və təhlükəsiz yerləşdirilməsi, eləcə də müştərinin həmin zərəri qəsdən və ya ehtiyatsızlıqla vurduğunu sübut etməlidir.”

Hüquqşünas əlavə edib ki, əgər araşdırma zamanı məlum olarsa ki, məhsulun sındırılması müştəridən asılı olmayan səbəblərdən – məsələn, vitrinin düzgün qurulmaması və ya təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verib, bu halda müştəri zərəri ödəmək məcburiyyətində qalmır:

“Əgər məhkəmə müəyyən edərsə ki, zərərin vurulması müştərinin iradəsindən asılı olmayaraq baş verib, mağazanın iddiası təmin olunmayacaq və müştəri tərəfindən heç bir ödəniş edilməyəcək.”

Ətraflı videomaterialda:

Samir Məcid

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa