“Atam oğlu, az çabala”, onsuz da “Bu dünya öz kefindədir” – Ramiz Rövşənin YENİ YAŞI

media-hightechnic-468x90

“Atam oğlu, az çabala,
Sən deyən çətin tapıla,
Bu Ramizi kim aparar
Bu Ramiz olmayan yerə?!”

Onsuz da “Bu dünya öz kefindədi // Yağış yuyur, gün qurudur…”

Yenicag.az xəbər verir ki, Xalq şairi Ramiz Rövşənin doğum günüdür.

Şeirlərinin yaşı olmadığı kimi, şairlərin də yaşı olmur. Sadəcə olaraq rəqəm üzərinə daha bir rəqəm də gəlib. Ömrün 80-ci baharına qədəm qoyur.

Bir anlıq uşaqlıqdan əzbər bildiyim bütün şeirlərini xatırlayıram. Misralar beynimdə, ürəyimdə bir-birinə qarışır. Hamısı da duyğulu, mənalı…

İnsanı yer üzündən ayırıb, göy üzünün maviliyinə, saflığına, ülviliyinə səsləyən misralar… Söylədikcə təmizlənirsən, arınırsan. İçinə çəkilib tənhalığın işıqlı hücrəsində o sətirləri pıçıldadıqca bu dünyanın yükünün ağırlığında bükülən qəddin düzəlməyə başlayır, qayğılardan yorulan ürəyin təpər tapır, ruhunla baş-başa qalırsan.

Axıb-gedən zamanla itirdiyin doğmaların gəlib durur gözünün önündə. Və “Bir səhər yuxudan durub özünü uşaq görəsən // Görəsən, hamı evdədi, ölənləri sağ görəsən”, pıçıldayıb, əzizlərinin yoxluğuna həzin-həzin ağlayıb, için-için yanıb-qovrulursan.

Səmimiyyət bataqlığında boğulub Allaha tutunursan, “Nə var Allahdan yuxari?”, deyib, Tanrı ilə söhbətləşirsən və ruhunu sakitləşdirirsən.

Bəzən xatirələrin zərif işığında keçmişinlə üz-üzə qalırsan,

“Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik,
xəbərimiz yox…” , deyirsən.

Və yenə də, yenə də Allahın bizə lütf etdiyi ömrün yolçuluğunda yaşamağa davam edirsən.

Yeni yaşınız mübarək şair.

Cəvahir

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa