Böyük qayıdışın YENİ MƏRHƏLƏSİ: "Qarabağ ən abad bölgə olacaq" - Ceyhun Məmmədov

media-hightechnic-468x90

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən verilmiş sərəncamla ölkənin sosial-iqtisadi inkişafını və işğaldan azad edilmiş ərazilərə qayıdış prosesini sürətləndirmək məqsədilə strateji sənədlərin hazırlanmasına başlanılıb.

Prezidentin sərəncamı çərçivəsində “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın layihələrinin hazırlanması tapşırılıb. Bu strateji sənədlər, ölkənin qarşıdakı illərdə sosial-iqtisadi inkişafını və işğaldan azad edilmiş ərazilərdəki bərpa prosesini daha da gücləndirəcək, yeni dövrün çağırışlarına cavab verəcək önəmli addımlar olacaq.

media-1763583429_img-20251120-wa0001

Yeni strateji planlar, Azərbaycanı regional və qlobal səviyyədə daha da gücləndirmək, iqtisadiyyatın dayanıqlı inkişafını təmin etmək və sosial rifahı artırmaq məqsədini güdür. Sənədlərin hazırlanması prosesində ölkənin iqtisadiyyatının şaxələndirilməsi, müasir texnologiyaların tətbiqi və innovasiyaların inkişaf etdirilməsi əsas prioritetlərdən biri olacaq. Eyni zamanda, Böyük Qayıdışın davamlılığını təmin etmək, işğaldan azad edilmiş ərazilərin bərpasını sürətləndirmək və orada həyat şəraitinin yüksək standartlara uyğun olmasını təmin etmək də əsas hədəflərdən biridir.

Bu sənədlərin hazırlanması həmçinin Azərbaycan Respublikasının gələcək inkişafına dair daha uzunmüddətli perspektivlər təqdim edəcək və ölkənin 2030-cu ilə qədər müəyyən etdiyi Milli Prioritetlərə uyğun şəkildə iqtisadi, sosial və siyasi sahələrdə böyük irəliləyişlər əldə edilməsini hədəfləyəcək. Prezidentin sərəncamı, həmçinin işğaldan azad edilmiş ərazilərdəki bərpa işlərinin daha yüksək sürətlə həyata keçirilməsinə, yeni iqtisadi fəaliyyətlərin başlanılmasına və orada yaşayan vətəndaşların geri qayıdışının təmin edilməsinə xidmət edəcək.

media-1679741731_ceyhun6

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, dövlət Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi istiqamətində çox mühüm layihələr həyata keçirir:

media-1-4

“Onu qeyd etməliyik ki, bu gün işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq və abadlıq işləri həyata keçirilir. Bu gün deyə bilərik ki, dövlətimiz bu istiqamətdə çox mühüm layihələri həyata keçirir.”

media-qayidis_4

Ceyhun Məmmədovun sözlərinə görə, azad olunmuş ərazilərin yenidən qurulmasına böyük maliyyə resursları cəlb olunub:

“Bu günə kimi Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə 20 milyarddan artıq vəsait ayrılıb və 2026-cı ilə daxil olmaqla təxminən 25 milyard vəsaitin xərclənməsindən gedir. Bu vəsaitin bir hissəsi quruculuq, abadlıq, yenidənqurma işlərinə sərf olunur.”

Deputat həmçinin sosial infrastrukturun yaradılmasının prioritet istiqamət olduğunu qeyd edib və bir sıra konkret nümunələr gətirib:

media-13-2

“Cəbrayılda 1000 nəfərlik, Şuşada, Xankəndində, Laçında, Zəngilanda və digər ərazilərdə böyük təhsil müəssisələri inşa edilir. Şuşada səhiyyə müəssisəsinin açılışı olub, Cəbrayılda isə hazırda yeni müəssisə tikilməkdədir. Çoxlu sayda sosial müəssisələr fəaliyyət göstərir. Həmçinin ASAN xidmət və DOST mərkəzlərinin yaradılması prosesinə artıq başlanılıb.”

media-media-boyuk_qayidish-_qabil_huseynli9087-xzkiy8nwlomjgq5at23c

Ceyhun Məmmədov bu nəticələrin Cənab Prezidentin həyata keçirdiyi siyasət nəticəsində əldə olunduğunu vurğulayıb:

“Həm səhiyyə, həm təhsil, həm sosial xidmət istiqamətində çox mühüm addımlar atılmaqdadır və bu, bizə onu deməyə əsas verir ki, qısa müddətdə bu ərazilər dünyanın ən abad, ən gözəl bölgələrindən birinə çevriləcək və özünün mühüm rolunu gücləndirəcək.”

Məsimə Məmmədova

media-media-media-medialogo-5-ic4zjf-po8hi3

 

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” mövzusunda hazırlanmışdır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa