“Dedim ki, o söyüşü sənə yedizdirəcəm” – VİDEO

timthumb (1)Bakıda 20 yaşlı qadın 31 yaşlı şəhər sakinini bıçaqlayaraq öldürüb.

Hadisə Novxanı qəsəbəsi ərazisindəki kafelərdən birində qeydə alınıb. Xaçmaz rayon sakini Səringül Ramazanova xuliqanlıq zəminində Bakı şəhər sakini, 31 yaşlı Anar Məmmədova boyun nahiyəsindən bıçaqla xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, şah damarı kəsilən Anar Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.
Cinayəti törədən Səringül Ramazanova Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Törətdiyi cinayət əməlini etiraf edən Ramazanova mərhumun ona qarşı nalayiq sözlər işlətdiyini bildirib. Səringül Ramazanova əməlinə görə peşman olmadığını bildirib.

Səringül Ramazanova – saxlanılan şəxs: “Məni təhqir etdi, dedim ki, Anar, o söyüşünü sənə yedizdirəcəyəm. Sonra məni sillələməyə başladı. Bu, mənə lap pis təsir etdi, bıçağı götürüb üstünə yeridim. Bıçağı qarnına soxmaq istəyəndə obyektin sahibi gəldi. Əlimi geriyə çəkəndə oğlanın boğazı kəsildi. Mənim nəslimi söydü, peşman deyiləm. Özümü təqsirli sayıram, amma peşmançılıq çəkmirəm. Başqası olsaydı da, eyni şeyi edərdim. Ailəmdən biri də mənim var-yoxumu söysəydi, onu da yaşatmazdım”.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. (Region TV)

***

Bakıda 20 yaşlı qız 31 yaşlı kişinin başını kəsib.

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 10-da Novxanı qəsəbəsi ərazisində Xaçmaz rayon sakini, 1995-ci il təvəllüdlü Səringül Ramazanova xuliqanlıq zəminində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Anar Məmmədova boyun nahiyəsindən bıçaqla xəsarət yetirib. Anar Məmmədov aldığı xəsarətlər nəticəsində oktyabrın 12-də xəstəxanada dünyasını dəyişib.

S.Ramazanova isə polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır(publika.az).