Dəmir sədd can almaqda davam edir

969443_465439Bakı yollarındakı dəmir sədlər insanların həyatına sədd olur. Bakı-Sumqayıt yolundakı dəhşətli qəzanın ardından növbəti yol faciəsi yaşandı. Yenə dəmir sədd, yenə “Ford” markalı mikroavtobusla. Artıq dəmir sədlər may ayında Bakıda dəhşətli bina yanğınına səbəb olmuş poliuretan bəlasına bənzəyir. Bundan qurtulmaq üçün nə etməli? Yoxsa yenə susmalı və daha neçə ürəklərin yanmasını gözləməliyik?

Ötən gecə Nəvai postunun yaxınlığında “Ford” markalı mikroavtobus dəmir arakəsməyə çırpılıb. Bir nəfər dünyasını dəyişib(milli.az).