Deputat Elnarə Akimova Sumqayıtda növbəti vətəndaş qəbulu keçirib - FOTO

media-hightechnic-468x90

Fevralın 24-də Sumqayıtda Milli Məclisin deputatı Elnarə Akimova vətəndaşlarla görüş keçirib. Qəbul 2026-cı ilin fevral ayı üzrə planlaşdırılan ikinci qəbul günü çərçivəsində təşkil olunub.

media-banner_tuq

Görüş zamanı sakinlər sosial və gündəlik həyatla bağlı üzləşdikləri çətinlikləri diqqətə çatdırıblar. Səsləndirilən müraciətlər ətraflı dinlənilib, bir sıra məsələlər üzrə yerindəcə izahat verilib.

Deputat bildirib ki, vətəndaşların qaldırdığı problemlər qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılacaq, səlahiyyətlər çərçivəsində aidiyyəti qurumlarla əməkdaşlıq edilərək müvafiq tədbirlər görüləcək. Birbaşa dialoqun vətəndaşların müraciətlərinin operativ həllinə mühüm töhfə verdiyi xüsusi vurğulanıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05