Deputat: Moskva artıq QƏBUL EDİR Kİ...

media-hightechnic-468x90

“Bir il davam edən gərginlik fonunda Azərbaycan və Rusiya prezidentləri arasında dünən baş tutan təmas yalnız diplomatik protokol görüşü deyildi. Bu, Cənubi Qafqazda yeni siyasi reallığın formalaşdığını göstərən, iki ölkə arasında münasibətlərin konstruktiv və tam normallaşması üçün strateji platforma yaradan mühüm hadisədir”.

media-screenshot_87

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib.

Onun sözlərinə görə, görüşün dinamikası və məzmunu göstərdi ki, Rusiya Azərbaycanla münasibətləri bərpa etməkdə maraqlıdır:

“Bunun ən bariz təsdiqi isə Vladimir Putinin media qarşısında Azərbaycan təyyarəsinin vurulması ilə bağlı məsuliyyəti açıq şəkildə etirafı və dolayısı ilə üzrxahlıq nümayiş etdirməsidir. Bu, böyük dövlətlərin nadir hallarda atdığı addımdır və sırf Bakının güclü mövqeyi fonunda mümkün olmuşdur. Artıq Azərbaycan–Rusiya münasibətləri “üst–alt” modeli əsasında deyil, “tərəfdaş–tərəfdaş” prinsipi üzərində qurulur. Görüşdə hər iki tərəfin suverenliyə hörmət və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq mesajları verməsi bunu bir daha təsdiqlədi. Prezident İlham Əliyevin qətiyyətli, balanslaşdırılmış və milli maraqlara söykənən siyasəti nəticəsində Azərbaycan təkcə müharibədə deyil, diplomatik müstəvidə də qalib mövqedədir. Heç bir təzyiq qarşısında geri çəkilməyən, prinsipial və bərabərhüquqlu siyasət artıq Rusiya tərəfindən də qəbul edilir”.

 

Deputat əlavə edib ki, Putinin etirafı və dolayısı ilə üzrxahlığı Kremlin rəsmi mövqeyidir:

“Bu görüş bir daha sübut etdi ki, Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf yalnız Azərbaycanın iştirakı ilə mümkündür. Moskva artıq bu reallığı rəsmən qəbul edir. Gərginlik dövründə bəzi rusiyalı siyasətçilər və dövlət qurumlarına bağlı şəxslər Azərbaycana qarşı sərt, hətta hədə-təhdid dolu açıqlamalar səsləndirirdilər. Lakin vəziyyət indi köklü şəkildə dəyişib. Putinin etirafı və dolayısı ilə üzrxahlığı Kremlin rəsmi mövqeyidir. Artıq Qarabağ məsələsi başa çatıb və Azərbaycan regional lider kimi qəbul olunur. Hər hansı anti-Azərbaycan bəyanatı indi sadəcə emosional çıxış yox, Moskvanın dövlət xəttinə zidd addım kimi dəyərləndiriləcək. Bu səbəbdən həmin şəxslərin mövqelərinin yumşalacağı, ritorikanın isə nəzarət altına alınacağı gözləniləndir. Çünki Rusiya üçün Azərbaycanla gərginlik siyasi və iqtisadi baxımdan sərfəli deyil”.

 

M.Vəliyeva bildirib ki, nəzəri baxımdan istisna edilməsə də, praktik planda əvvəlki kimi təzyiq siyasəti artıq mümkün olmayacaq:

“44 günlük Vətən müharibəsi, 2023-cü il antiterror tədbirləri və tam ərazi suverenliyinin bərpası Azərbaycanın hərbi-siyasi mövqeyini ciddi şəkildə möhkəmləndirib. Ölkəmiz Türkiyə, Avropa İttifaqı, Orta Asiya, Çin və İslam dünyası ilə eyni anda strateji tərəfdaşlıq quraraq alternativlərini maksimum səviyyədə artırıb. Azərbaycan kənar diktələrə boyun əymir, əksinə, özü regional geosiyasi gündəmi müəyyənləşdirir. Rəsmi Bakının niyyəti aydındır və beynəlxalq arenada daim səsləndirilir. Bu, qonşularla sülh və əmin-amanlıq, hər kəsin suverenliyinə hörmətdir. Prezident İlham Əliyev bu mövqeyi görüş zamanı da çox aydın şəkildə ifadə etdi və Rusiyaya Azərbaycanın tələblərini açıq şəkildə çatdırdı. Bu, gələcəkdə qeyri-adekvat bəyanat və təzyiqlərə tam son qoyacaq, münasibətləri stabil və konstruktiv məcraya yönəldəcək. Dünənki görüş bir daha göstərdi ki, Azərbaycanla hesablaşmamaq mümkün deyil. İlham Əliyev təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də güclü aktordur”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa