!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Deyəsən, dərmanın dozası yuxarı olub” - Oqtay Əsədovdan MARAQLI REPLİKA

!Reklam – Yazi

Milli Məclisin plenar iclasında dərman vasitələri haqqında qanunda dəyişkiliklər müzakirə olunub.

Yenicag.az xəbər verir ki, müzakirələrə qatılan deputat Tahir Kərimli sözügedən qanunda ölkədə yaşayan yerli xalqların dilindəki sözlərdən istifadə olunmasını təklif edib.

Deputat Tahir Kərimli qanunda “özəl” sözünün “xüsusi”, “effektiv” sözünü isə “səmərəli” sözləri ilə əvəz olunmasını zəruri sayıb:

“Biz dilimizi qorumalıyıq. Biz qanunda Azərbaycanda yaşayan xalqların sözlərindən istifadə etməliyik. Əgər çox vacibsə, başqa ölkələrin deyil, Azərbaycanda yaşayan yerli xalqların sözlərindən götürməliyik”.

Kərimlinin təklifi barədə danışan deputat Musa Urud bildirib ki, deputatlarımızın dilimizi qılınc-qalxanla müdafiə etmələri müsbət haldır:

“Ancaq sözlərin işlənmə yerləri var. Hər yerdə “effektiv” sözünü “səmərəli” sözü ilə əvəz etmək olmaz. Bunlar tibbi məsələlərdir”.

Parlamentin spikeri Oktay Əsədov müzakirələrə maraqlı replika ilə müdaxilə edib:

“Deyəsən, dərmanın dozası yuxarı olub, dərman qalıb kənarda, qanunla bağlı dili müzakirə edirik”.

www.yenicag.az

3358
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv