Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

DİN-də 13 polis həbs edildi

Xarici ölkə vətəndaşlarına saxta yolla vətəndaşlıq pasportu verdiyinə görə həbs olunan DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi əməkdaşlarının sayı 13 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Olaylar” Agentliyi məlumat yayıb. Agentlik qeyd edir ki, qanunsuz əməllərin üstü təsadüf nəticəsində açılıb. Bu haqda məlumat verən mənbənin məlumatına görə, Azərbaycanda yaşayan İran vətəndaşı nazirliyin Pasport Qeydiyyatı və Miqrasiya İdarəsinə qeydiyyat üçün çağırılıb. Həmin vətəndaş isə Azərbaycan vətəndaşı olduğunu təsdiq edən pasportu təqdim edib. Həmin sənədin necə əldə edilməsilə bağlı aparılan araşdırma zamanı baş vermiş qanunsuz əməllərin üstü açılıb.

Xatırladaq ki, DİN Ucar Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi qrupunda belə bir faktın aşkarlandığını təsdiq edib. Bildirilib ki, sözgüedən qrupun inspektoru Şahin Əhmədovun xidməti vəzifəsindən sui-istifadə etməsi və müvafiq qanunvericiliyn tələblərini kobud şəkildə pozaraq bir neçə İran vətəndaşını Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin etdiyi aşkar olunub. Faktla bağlı araşdırma müddətində materiallar toplanıb. Hüquqi qiymət verilməsi üçün birbaşa prokurorluğa göndərilib. Faktla bağlı cinayət işi başlanılıb. Təqsirləndirilən şəxs qismində məhkəmənin qərarı ilə Şahin Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, ötən gün yayılan məlumatda 10 nəfərin həbs olunduğu bildirilirdi. Lakin DİN-in mətbuat xidmətinin əməkdaşı O.Mansurzadə bu məlumatın şişirdilmiş və əsassız olduğunu, yalnız 1 nəfərin həbs edildiyini bildirmişdi.

www.yenicag.az

5515
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100