Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

DİN-dən əhaliyə MÜRACİƏT

Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib. 

Nazirliyin mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib:

“Cənab Prezidentin elan etdiyi qələbə xəbəri vətəndaşlarımızda bayram ovqatı yaradıb bə onlar bu əlamətdar hadisəni qeyd etmək üçün küçələrə axışıb. Vətəndaşlarımıza xatırlatmaq istəyirik ki, hazırda respublikanın bütün ərazisində hərbi vəziyyət davam edir və bununla əlaqədar Bakı şəhəri də daxil olmaqla bir sıra şəhər və rayonlarda saat 21:00-dan səhər saat 06:00-dək komendant saatı tətbiq edilir”.

Müraciətdə o da bildirilir ki, ölkədə koronavirusla mübarizə məqsədi ilə karantin rejimi tətbiq olunub:

“Vətəndaşlarımızdan bunları nəzərə almalarını, komendant saatının tələblərinə və karantin qaydalarına əməl edərək saat 21:00-dan evlərini tərk etməmələrini xahiş edirik”, – deyə DİN-in müraciətində qeyd olunub.

www.yenicag.az

229