“Dırnaqlarınızı kəsin, yoxsa…” – Məşhur modelyerdən xanımlara KORONOVİRUS XƏBƏRDARLIĞI

“Xanımlar gözəllik, baxımlılıq, səliqəli görünmək naminə istifadə etdiyi şlaklar və uzun dırnaqlardan müvəqqəti olaraq imtina etsinlər, çünki koronavirus dönəmində bu, çox təhlükəlidir”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış modelyer Gülnarə Xəlilova xanımların gözəllik məqsədi ilə istifadə etdiyi qaynaq dırnaqlar və digər bu çür prosedurların koronaviruslu günlərdə ziyanlı olduğunu şərh edərkən bildirib.

O, belə bir dönəmdə sağlamlığın daha önəmli olduğunu diqqətə çatdırıb:

“Dırnaqlar onsuz da hər zaman infeksiya mənbəyi sayılıb. Nə qədər təmiz yusaq da, arasında mikroblar gizlənir. Bu dönəmdə özünüzü virusdan qorumaq üçün dırnaqlarınızı qısaldın. Son vaxtlar istifadə olunan dırnaq şlaklarından, ümumiyyətlə, manikür, pedikürdən uzaq durun. Onsuz da evdəyik, gedəcəyimiz xüsusi tədbirlər yoxdur. Həm də bu prosedurlar zamanı istifadə olunan alətlərin nə dərəcədə gigiyenik olduğunu bilmirik. Bir əl digər əli asanlıqla virusa yoluxdura bilər. Əsas sağlamlığımızdır. Belə bir dönəmdə daha çox can sağlığınızın qeydinə qalın”.

Cəvahir

COP29